03.03.2016
Qəzalar
Maşın vurdu, 12 gün sonra xəstəxanaya getdi
Yasamal rayonunda qadın piyada vurulub. Сars-az DİN-in saytına istinadən bildirir ki, cari il fevral ayının 20-də Yasamal rayonunun Naxçıvani küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Almaz Hilalova vurulub. Martın 2-də A.Hilalovaya 16 saylı şəhər poliklinikasında ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.