04.03.2016
Qəzalar
Bakıda ağır qəza - Ölən var
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Сars-az lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Qızıldaş-H.Z.Tağıyev yolunda "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki sərnişin aldığı xəsarətlərdən vəfat edib, avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.