Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Сars-az teleqraf-a istinadən bildirir ki, hadisə Zabrat-Şabunçu şosesi, "Qartal" kafesinin qarşısında baş verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Fərid Bayadov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə kafenin qarşısında yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Cahid Əkbərovu vurub.

Cahid Əkbərov aldığı xəsarətlə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top