Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü

Göygöl rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib və avtomobil yolun kənarında dayanan “VAZ-2107” markalı maşına çırpılıb. Ölən sürücü - Göygöl rayon sakini, 56 yaşlı Tahir Vəliyevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA TV

Dostlarınla paylaş


Şərhlər


Top