13.01.2016
Qəzalar
Sərnişin avtobusu qəzaya düşdü, 10 nəfər xəsarət alıb
Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib. Сars-az "report"a istinadən xəbər verir ki, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxari Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusada olan 10 nəfər xəsarət alıb. Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.