13.01.2016
Qəzalar
Avtobus dəhşətli qəza törətdi
Braziliyada təhlükəsizlik kameralarına düşən qəza görüntüləri izləyənləri dəhşətə gətirib.
Сars-az atv.az-a istinadən xəbər verir ki, minik avtomobili ilə toqquşan avtobusun sürücüsü əvvəlcə yol kənarındakı piyadanı vurub. Ardınca isə avtobus ağaca çırpılıb. Qəza zamanı avtobus ağacı dibindən çıxarıb.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar davam edir.