13.01.2016
Qəzalar
Maşını aşıran sərxoş sürücü xəstəxanalıq oldu
Şirvanda sərxoş sürücü avtoqəza törədib. Avtoqəza saat 24.00 radələrində Şirvan-Salyan magistralının Hacıqəhrəmanlı qəsəbəsi ərazisində baş verib. Şirvan sakini, 1969-cu il təvəllüdlü Məmmədov Əlizadə Əlisafa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedess” markalı 18 BG 587 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yoldan çıxıb və avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
APA