12.01.2016
Qəzalar
Maşından un boşaldan fəhlə öldü
Xaçmazda bədbəxt hadisə baş verib. Сars-az anspress-ə istinadən xəbər verir ki, rayonun Qusarçay kəndindəki mağazaların birinin ərazisində ölüm hadisəsi qeydə alınıb. Ailəsini zəhmətlə dolandıran, mağazada fəhlə işləyən, Qusarçay sakini 56 yaşlı Rasim Hümmətov "Kamaz"dan mağazaya un kisələri boşaldarkən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Fakt Xaçmaz polis şöbəsi tərəfindən təsdiqlənib. Xaçmaz prokurorluğunda 56 yaşlı fəhlənin ölümü ilə bağlı araşdırmalar başlayıb, meyit tibbi ekspertizadan keçib. Məhz aparılan araşdırmalar bu mağaza ərazisində işçinin təhlükəsizlik qaydalarına hansı şəraitdə əməl edilməsini ciddi araşdıracaq.