12.01.2016
Qəzalar
İki qadını avtomobil vurdu: 1 ölü, 1 yaralı
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Сars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunda Bakı şəhər sakini Anar Bağırov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ələt qəsəbə sakini Həqiqət Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Oxşar hadisə Qaradağ rayonundada baş verib. Yanvarın 11-də saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Alim İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mətanət Səmədovanı vurub və o, xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Emin