12.01.2016
Qəzalar
Avtobus qəzasında 31 nəfər xəsarət alıb
ABŞ-ın Nyu-Cersi ştatında sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 31 nəfər xəsarət alıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyuark şəhərində qeydə alınıb. Məlumata əsasən, 2 nəfər sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin əksəriyyəti yüngül zədələniblər
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.