11.01.2016
Qəzalar
Sərxoş sürücü maşını evə vurdu: piyadanın ayağı qırıldı
Bir qədər əvvəl Xəzər rayonu, Binə qəsəbəsində ağır yol qəzası baş verib. Hadisə şadidlərinin Сars-az-a verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən «Mercedes» markalı, 90 ZP 078 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və yolun kənarındakı evə çırpılıb. Bu zaman avtomobil səkidə hərəkət edən piyadanı da vurub. Piyada ağır zərbədən yerə çırpılıb. Onun ayağının sındığı bildirilir. Sürücü xəsarət almasa da, onun sükan arxasında sərxoş vəziyyətdə olduğu bildirilir.
Emin