11.01.2016
Qəzalar
Şirvanda avtomobil piyadanı vurub
Şirvan şəhərində avtomobil 63 yaşlı qadını vurub. Сars-az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, Nəsirov Nəsir Məmmədəli oğlu idarə etdiyi “QAZ 24” markalı, 18 BF 653 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, Nizami küçəsi, 41 ünvanında yaşayan, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını vurub. Sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılan qadın baldır sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.