11.01.2016
Qəzalar
Ziya Bünyadov prospektində qəza
Bakının Ziya Bünyadov prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur.
Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.