08.01.2016
Qəzalar
Avtomobil belə külə döndü
On minlərlə dollar qiymətində olan bahalı avtomobillər hər kəsin gözü önündə yanıb kül oldu. Bu görüntülər Çinin Quantsi vilayətində lentə alınıb. Bahalı avtomobilləri daşıyan nəqliyyat vasitəsinin qəfil alovlanması ortaya bu mənzərəni çıxarıb.
Cars-az atv.az-a istinadən xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunanadək alov satışa çıxarılmamış avtomobilləri cənginə alıb. 20 bahalı maşından 19-u yanaraq tanınmaz hala düşüb. Son model avtomobillərdən birini vaxtında yerə endirmək mümkün olub.
Qəzaya nəyin səbəb olduğu məlum deyil. Sifarişçi şirkətə isə təxminən 1 milyon dollar həcmində ziyan dəydiyi güman edilir.
Faktla bağlı araşdırmalar davam edir.