08.01.2016
Qəzalar
Şəmkirdə sərnişin mikroavtobusu yandı - FHN
Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. Cars-az xəbər verir ki, yanğın Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan lambirdən ibarət talvarda baş verib. Nəticədə talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və talvarın altında "Qazel" markalı sərnişin mikroavtobusunun mühərriki və salon hissəsi qismən yanıb.
Mikroavtobusun və talvarın qalan hissəsi yanğından mühafizə olunub.