11.01.2016
Qəzalar
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib
Gəncədə baş verən yol qəzasında 1 nəfər xəsarət alıb. Hadisə bu gün günorta saatlarında Gəncə şəhərinin Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, "VAZ" markalı 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücülərdən biri, 46 yaşlı Gəncə şəhər sakini Rüstəm Məmmədov xəsarət alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.