12.01.2016
Qəzalar
ABŞ-da avtobus ağaca çırpıldı: 31 yaralı
ABŞ-ın Nyu-Cersi ştatında sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 31 nəfər xəsarət alıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə Nyuark şəhərində qeydə alınıb. Məlumata əsasən, 2 nəfər sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin əksəriyyəti yüngül zədələniblər.