13.01.2016
Qəzalar
Metroda faciə: Vətəndaş özünü metro qatarının altına atdı – FOTO
Bakı metrosunda dəhşətli faciə baş verib. Сars-az xəbər verir ki, bu barədə hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü Bakı Metropoliteninin “Ulduz” stansiyasında hərəkətdə olan qatarın altına atıb. Verilən məlumata əsasən, vətəndaş hadisə yerində keçinib. Hadisənin təfərrüatları dəqiqləşdirilir, xəbər yenilənəcək.