13.01.2016
Qəzalar
Faciəvi qəza: meyit tanınmaz hala düşdü
Bu gecə Masallı rayonunda dəhşətli yol qəzası baş verib. Сars-az lent.az-a istinadən xəbər verir ki, saat 01:30 radələrində Ələt-Astara magistralının 164-cü kilometrliyində Zaur Məmmədov idarə etdiyi "Mersedes C180" markalı avtomobillə qəfil yola çıxan kişini vurub. Avtomobil sürətlə hərəkət etdiyindən piyadanı xeyli sürüyərək 25-30 metr kənara atıb. Hadisə zamanı piyadanın sifəti tanınmaz hala düşdüyündən onun kimliyini vəya təxmini yaşını müəyyənləşdirmək mümkün olmayıb.
Olay yerinə gələn polis ölən şəxsin 25-40 yaşlarında olduğunu qeyd edib.