13.01.2016
Qəzalar
Hacıqabulda yol qəzasında bir nəfər xəsarət alıb
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Сars-az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Rəncbər kəndi ərazisində, Bakı-Qazax yolunun 110-cu kilometrliyində 1999-cu il təvəllüdlü Şirvan sakini Feyzullayev Elnur Qəribağa oğlunun idarə etdiyi “VAZ 21014” markalı avtomobil Beyləqan sakini Süleymanov Ədalət Süleyman oğlunun idarə etdiyi “KaMAZ” markalı avtomobilə çırpılıb. Nəticədə E. Feyzullayev sol baldırın sınıqları, kəllə travması ilə travmatik şok vəziyyətində Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.