Qubada ağır qəza: 1 ölü, 2 yaralı

Qubada ağır qəza: 1 ölü, 2 yaralı

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Zərdabi kəndində qeydə alınıb.

Xaçmaz rayon sakinləri Ziyəddin Qurbanovun və Zakir Usmanovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. Zakir Usmanov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanada Zakir Usmanova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top