Kürdəmirdə sürücü piyadanı vurub öldürdü

Kürdəmirdə sürücü piyadanı vurub öldürdü

Kürdəmirdə sürücü piyadanı vurub öldürdü

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Rayon sakini Coşqun Məmmədov idarə etdiyi “VAZ-21041” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Sədulla Qurbanovu vurub. Sədulla Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top