04.11.2015
Qəzalar
Polis maşınını partlatdı: 4 ölü
Türkiyənin Mardin vilayətinin Darkeçid qəsəbəsində PKK terrorçuları polisin zirehli maşınını partladıb. Cars-az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nəticədə dörd polis şəhid olub. Məlumatlara əsasən, şəhid olanlar polis rəisi, 45 yaşlı İbrahim Xəlil Aksoy, polis əməkdaşları - 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.