Şəkidə avtomobil hasara çırpıldı

Şəkidə avtomobil hasara çırpıldı

Şəkidə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəki şəhər Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Şəki şəhər sakini Sahib Bayraməli oğlu Abbaszadənin idarə etdiyi 55-BO-681 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil Mirzə Fətəli Axundov prospektində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Onu xəstəxanaya apararaq ilkin tibbi yardım göstərərək evə buraxıblar. Hadisə zamanı avtomobil yararsız hala düşüb. Hadisə ilkin səbəb kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı Şəki şəhər Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top