04.11.2015
Qəzalar
Azərbaycanda 2 yük maşını toqquşub, 1 nəfər ölüb
Ağcabədidə ağır yol qəzası baş verib. Cars-az "report"-a istinadən xəbər verir ki, hadisə Ağcabədi-Ağdam yolunda, rayonun Hüsülü kəndində qeydə alınıb. Qəza "KAMAZ" və "TATRA" markalı iki yük maşınının toqquşması ilə baş verib. Hadisə zamanı "KAMAZ" markalı yük maşının sürücüsü Qasımov Malik Kazım oğlu ölüb. Digər "TATRA" markalı yük maşınının sürücüsü isə ağır bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.