Polisin idarə etdiyi avtomobil qəzaya düşüb

Polisin idarə etdiyi avtomobil qəzaya düşüb

Polisin idarə etdiyi avtomobil qəzaya düşüb

Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb. Cars-az “report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top