10.11.2015
Qəzalar
11 yaşlı uşaq yol qəzasında öldü
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cars-az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini, 11 yaşlı Sənan Muradovu vurub.
Ağır xəsarət alan Sənan Muradov Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.