Qadın sürücü kişini xəstəxanalıq etdi

Qadın sürücü kişini xəstəxanalıq etdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən xəbər verir ki, yol qəzası Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. 25 yaşlı Abdullayeva Ayşəm Azər qızının idarə etdiyi “Hyundai” markalı avtomobil 27 yaşlı Qurbanov İlqar Məmməd oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Daewoo”nun sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası İlqar Qurbanovu xəstəxanaya aparıb. “Hyundai”nin sürücüsü Ayşəm Abdullayeva bildirib ki, qarşıdakı avtomobil qəfildən dayanıb və o, maşını saxlaya bilməyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Top