Yol qəzasında heyvanlar tələf oldu

Yol qəzasında heyvanlar tələf oldu

Goranboy rayonunda baş verən yol qəzasında heyvan tələfatı qeydə alınıb. Cars-az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib. Naftalan şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı avtomobil kənardan qəfil yola çıxan qoyunlardan bir neçəsini vurub. Nəticədə kənd sakini İlham Abdullayeva məxsus 6 baş qoyun tələf olub və daha 2 qoyun yaralanıb. Heyvan sahibinə min manatdan çox maddi ziyan dəyib.

Dostlarınla paylaş


Şərhlər


Top