Gəncədə maşın 2 nəfəri vurub qaçdı

Gəncədə maşın 2 nəfəri vurub qaçdı

Gəncədə 2 nəfəri avtomobil vurub. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Məlumata görə, naməlum avtomobil təxminən 20-25 yaşlarında olan iki piyadanı vuraraq hadisə yerindən qaçıb. Yaralılar yaxınlıqdakı taksi sürücüsünün köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Hazırda onlara tibbi yardım göstərilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis idarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top