Hacıqabulda “Niva” aşdı: 1 ölü, 3 yaralı

Hacıqabulda “Niva” aşdı: 1 ölü, 3 yaralı

Hacıqabulda “Niva” aşdı: 1 ölü, 3 yaralı

Hacıqabulda baş verən yol qəzasında sürücü ölüb, 3 nəfər yaralanıb. Cars-az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, 23.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1972-ci il təvəllüdlü Muradov Habil Ziyadxan oğlu idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.

Nəticədə sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində ölüb. Avtomobildə olan sərnişinlər Quba rayonu Qarxun kənd sakini, 1989-cu il təvəllüdlü Fərəcov Mətləb Səfərbala oğlu, Quba rayonu Adur kənd sakini 1978-ci il təvəllüdlü Həsənov Sahib Nəsrulla oğlu və Şirvan sakini, 1981-ci il təvəllüdlü Orucova Afaq Hacı qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top