06.11.2015
Qəzalar
Qaradağda avtomobillə vurulan piyada öldü
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nicat Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Səngəçal qəsəbə sakini Araz Qəhrəmanovu vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.