Bakıda polis maşını qəzaya düşdü - iki yaralı var

Bakıda polis maşını qəzaya düşdü - iki yaralı var

Bakıda polis maşını qəzaya düşdü - iki yaralı var

Bakıda polis əməkdaşları avtomobil qəzasına düşüb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.Belə ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı, serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi “Volkswagen Polo” markalı avtomobili arxadan vurub. Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıb. Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top