10.11.2015
Qəzalar
Maşının vurduğu 11 yaşlı uşaq öldü
Biləsuvar rayonunda “Toyota” markalı avtomobilin vurduğu 11 yaşlı uşaq ölüb. Cars-az DİN-ə istinadən xəbər verir ki, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq noyabrın 8-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Fidan