10.11.2015
Qəzalar
81 yaşlı qadın yol qəzasında öldü
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər baş Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Qabil Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1934-cü il təvəllüdlü Nikolay Sorokini vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.