Polis əməkdaşı yol qəzasında öldü

Polis əməkdaşı yol qəzasında öldü

Ötən gün Oğuz-Şəki yolunun 35-ci km-də baş verən qəza nəticəsində xəsarət alan 26 yaşlı Tural Tofiq oğlu Əliyev iyunun 13-də günorta saatlarında aldığı ağır bədən xəsarətlərindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Cars-az report-a istinadən xəbər verir ki, Tural Əliyev dünən axşam saatlarında idarə etdiyi "Mercedes" markalı 99-FH-324 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarındakı ağaca çırpıb. Tural Əliyev Oğuz rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində polis çavuşu vəzifəsində işləyirdi. Hazırda faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top