04.11.2015
Qəzalar
Tovuzda yanğınla nəticələnən qəza baş verdi
Tovuz rayonunun Aşağı Ayıblı kəndində yanğınla nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, kənd ərazisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin toqquşması nəticələnən qəza baş verib. Qəza nəticəsində yanğın baş verib və nəticədə yük avtomobilinin kabinası və qabaq sol şini yanıb. Minik avtomobili və yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan