04.11.2015
Qəzalar
Bakıda qəza yolu bağladı
Bakıda minik avtomobili yük maşını ilə toqquşub.
Cars-az apa-ya istinadən xəbər verir ki, yol qəzası Bakı Dairəvi yolda qeydə alınıb.
Sürücüsü məlum olmayan 10-UR-457 dövlət nömrə nişanlı, "VAZ 21-06" markalı avtomobillə 90-CP-142 dövlət nömrə nişanlı, "QAZel" markalı yük avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb.
Baş verən avtomobil qəzası ilə bağlı yolda tıxac yaranıb.