Sumqayıtda zəncirvari yol qəzası  

Sumqayıtda zəncirvari yol qəzası  

Sumqayıtda zəncirvari yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, hadisə Sumqayıtın çıxışında, 41-ci məhəllə deyilən ərazidə baş verib. Qəza nəticəsində iki “Hyundai” və bir “Mercedes” markalı avtomobil yararsız hala düşüb. Qəzaya səbəb isə öndəki avtomobilin anidən əyləci basması olub. Hadisə şahidlərinin iddiasına görə, sürücü qaz əvəzinə əyləci basıb və arxadan gələn avtomobillə toqquşub. “Mercedes”-in sürücüsün yüngül xəsarət aldığı bildirilir.

Qəza nəticəsində yolda uzun müddət tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. Polis əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.








Dostlarınla paylaş


Şərhlər


Top