04.11.2015
Qəzalar
«BMW» metal borulara çırpıldı; yaralı var
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın məlumatına görə, Bakının Nobel prospektində şəhər istiqamətində hərəkət edən 90-SF-103 dövlət nömrə nişanlı «BMW» markalı avtomobil qəzaya düşüb. Belə ki, yüksək sürətlə gələn «BMW» Xətai rayonunun NZS qəsəbəsinə dönmək istəyərkən sürücü idarəetməni itirib. Nəticə avtomobil döngədə yerə basdırılan metal borulara çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Sürücünü deformasiyaya uğramış avtomobildən xilasedicilər çıxarıblar. Sərnişinə isə FHN xilasediciləri gələnə qədər ətrafdakı insanlar kömək edib.
Emin