Göyçayda qəza: 3 nəfər xəsarət alıb

Göyçayda qəza: 3 nəfər xəsarət alıb

Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 23-BE-356 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn H023405 nömrə nişanlı, “Mitsubishi” markalı maşınla toqquşub. Hadisə zamanı Göyçayın Şəhadət kənd sakini 1997-ci il təvəllüdlü Hüseynli Ramin Vüqar oğlu, Potu kənd sakinləri 1998-ci il təvəllüdlü Yusifzadə Orxan İlham oğlu və 1995-ci il təvəllüdlü Əliyev Cəlal Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top