Mikroavtobus aşdı; yaralılar var

Mikroavtobus aşdı; yaralılar var

Ucarda mikroavtobus aşıb, xəsarət alanlar var. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Sprinter” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Tovuz rayon sakini, 1972-cil təvəllüdlü Məmmədov Rövşən Xaliqverdi oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyev Vüsalə İsaxan qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top