17.02.2016
Qəzalar
Milyonluq avtomobil qəzası
Paris yaxınlığından sözün əsl mənasında milyonluq qəza baş verib. Сars-az atv.az-a istinadən xəbər verir ki, yük hissəsində dünyanın ən bahalı avtomobillərinin olduğu maşın aşıb.
Qəza nəticəsində ən son model "Ferrari", "Porşe", "Lamborgini" və digər avtomobillər maşının yük hissəsindən yola aşıb. Zərbənin təsirindən avtomaşınlardan bir neçəsinə ciddi ziyan dəyib. Onların hər birinin qiymətinin milyonlarla dollar olduğunu nəzərə alsaq, dəyən ziyanın məbləğini təsəvvür etmək o qədər də çətin deyil.