17.02.2016
Qəzalar
Bakıda yanacaq yüklənmiş qayıqda yanğın baş verib
Bu gecə Bakı şəhəri, Səbail rayonunda dənizin sahilində dayanmış ümumi sahəsi 15 kv.m olan qayığın içərisinə yığılmış, hər biri 200 litr olan 9 ədəd yanacaqla dolu çəlləklərdən 2 kv.m sahəyə dağılmış yanacaq yanıb.
Сars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, qayıq və yanacaq çəlləkləri yanğından mühafizə olunub.
Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.