17.02.2016
Qəzalar
Helikopter qəzası - 9 ölü
İraq ordusuna məxsus Mi-17 helikopteri qəza törədib. “Qafqazinfo” ria.ru-ya istinadən xəbər verir ki, Bağdadın cənubunda qəzaya düşən helikopterdə 9 nəfər ölüb. İraq ordusunun nümayəndəsi Yəhya Rəsul qəzaya texniki nasazlığın səbəb olduğunu deyir. Amma həmin helikopterin İŞİD terror qruplaşması tərəfindən vurulması faktı da istisna edilmir.