“KamAZ” “Shagman”la toqquşdu

“KamAZ” “Shagman”la toqquşdu

İmişli rayonunda iki yük maşını toqquşub. Сars-az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Qaralar kənd sakini, 25 yaşlı Samir İlqar oğlu Qənbərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qarşıdan gələn "Shagman" markalı yük maşını ilə toqquşub. Baş verən yol qəzası nəticəsində "KamAZ"ın sürücüsü və "Shagman"da olan sərnişin, 25 yaşlı Babək Güloğlan oğlu Fəzillu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top