15.02.2016
Qəzalar
Helikopter qəzaya uğradı: 3 nəfər öldü
Cənubi Koreyanın cənub-şərqində yerləşən Kanvondo əyalətində Cənubi Koreya Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb.
Сars-az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində heyətin üç üzvü həlak olub, birinin vəziyyəti isə ağırdır.
Məlumat verilir ki, "UH-1H" helikopteri test uçuşu həyata keçirərkən yaşayış rayonuna yaxın sahəyə düşüb.
Helikopterin 50 yaşlı pilotu həstəxanada kritik vəziyyətdədir.
Qəzanın səbəbləri haqqında məlumat verilmir.