17.02.2016
Qəzalar
Təyyarədə sərnişin öldü
Bu səhər Moskvanın "Domodedovo" hava limanında Minskdən Aşqabada uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Сars-az Rusiya mətbuatına istinadən xəbər verir ki, enişə səbəb uçuş vaxtı sərnişinlərdən birinin ölümü olub. Hava limanında Bakı vaxtı ilə səhər saat 9-da eniş edən təyyarəni təcili yardım maşını qarşılayıb.
Sərnişinin hansı səbəbdən öldüyü hələlik açıqlanmayıb.