Avtomobil çaya düşdü, sürücü ağır xəsarət alıb

Avtomobil çaya düşdü, sürücü ağır xəsarət alıb

Avtomobil çaya düşdü, sürücü ağır xəsarət alıb

Tovuz rayonunda çaya düşən avtomobilin sürücüsü xəsarət alıb. Сars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, Əsrik-Ağbulaq yolunda rayonun Azaflı kənd sakini, 1963-cü il təvəllüdlü Aqil Əsgərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil sürüşərək yolun kənarındakı çaya düşüb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top