27.01.2016
Qəzalar
Maşında ürəyi dayandı - Maşın təpəyə çırpıldı
Bu gün saat 20:00 radələrində Bakı-Qazax avtomagistralı ilə hərəkətdə olan yük avtomobili qəzaya uğrayıb. Сars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Semzkadimoğlunun TIR tipli yük avtomobilinin sükanı arxasında ürəyi dayanıb, nəticədə maşın yoldan çıxaraq torpaq təpəyə çırpılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.